IMG-LOGO

Əl yazısı beyin problemlərini göstərə bilər: Araşdırmanın NƏTİCƏLƏRİ

02 Jul 2026 13:15 2 baxış
IMG
0 0

Unutqanlıq, diqqətin cəmlənməsində çətinlik və nitq pozuntuları adətən idrak funksiyalarının zəifləməsinin ilk əlamətləri hesab olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin araşdırması insanın əl yazısının da beynin necə qocalması barədə məlumat verə biləcəyini hesab edirlər. 

Araşdırmanın nəticələrinə görə, idrak pozuntusu olanlar qələmlə hər bir hərəkəti yerinə yetirmək üçün daha çox vaxt sərf edirlər. Bundan əlavə, onlar eyni hərfi və ya sözü yazmaq üçün daha çox sayda qısa hərəkətlər edirlər.

Araşdırmada vurğulanır ki, beynin sağlamlıq vəziyyəti gündəlik fəaliyyətlərdə də özünü göstərir.

Əl yazısı təkcə insanın xarakteri haqqında deyil, bəzi hallarda sinir sisteminin vəziyyəti barədə də məlumat verə bilər.  

Maraqlı beyindəki problemi aşkar edən üsul

Mənbə: lent.az

Xəbər lenti