IMG-LOGO

Həkimlər səhər yeməyi üçün ən faydalı ət növlərini açıqlayıblar

09 Jul 2026 09:37 2 baxış
IMG
2 0

Mütəxəssislərin fikrincə, səhər yeməyi üçün ən pis seçim kolbasa, sosiska, vetçina və digər emal edilmiş ət məhsullarıdır. Səhər yeməyində ən çox istifadə olunan ət məhsullarından bəziləri bekon, sosiska və vetçina kimi ultra emal edilmiş qidalardır. Dadlı olmalarına baxmayaraq, həkimlər bu məhsulların istifadəsini məhdudlaşdırmağı, hətta mümkün olduqda onlardan imtina etməyi tövsiyə edirlər. Bununla yanaşı, səhər yeməyində həm sağlamlıq üçün faydalı, həm də qidalandırıcı olan bir sıra ət növləri var.

Lent.az bu ətləri təqdim edir:

Toyuq əti

Bütün ət növləri zülalla zəngin olsa da, xüsusilə toyuq sinəsi bu baxımdan ön sıralarda yer alır. Zülalla zəngin qidalar uzun müddət toxluq hissi yaradır ki, bu da çəkisini nəzarətdə saxlamaq istəyən insanlar üçün vacibdir. Toyuq əti eyni zamanda aşağı kalorili olmaqla yanaşı, niasin, selen, fosfor, B6 və B12 vitaminləri, riboflavin, sink, tiamin, kalium və mis kimi orqanizm üçün əhəmiyyətli maddələrlə zəngindir.

Yağsız mal əti

Yağsız rostbif, file steyki və yağsız qiymə kimi mal əti növləri səhər yeməyi üçün yaxşı seçim hesab edilir. Bu ət yüksək miqdarda zülal ehtiva etməklə yanaşı, maddələr mübadiləsi üçün vacib olan B12 vitamini ilə də zəngindir. Tərkibində həmçinin B6 vitamini, sink, selen, dəmir, niasin və fosfor da var.

Hinduşka əti

Hinduşka əti az kalorili, lakin yüksək zülallı qida mənbəyidir. Xüsusilə dərisiz hissəsi sağlam qidalanma üçün ideal hesab olunur. Bu ətin tərkibində dəmir, maqnezium, sink, B12 və B6 vitaminləri, selen, kalium, fosfor və niasinlə yanaşı, xolin də mövcuddur. Xolin əhval-ruhiyyənin tənzimlənməsi, yaddaşın gücləndirilməsi, əzələlərin fəaliyyəti, hüceyrələrin quruluşunun qorunması, qaraciyərdən xolesterinin xaric edilməsi, DNT sintezi və sinir sisteminin sağlamlığı üçün mühüm rol oynayır.

Qızılbalıq

Balıq texniki baxımdan ət hesab edilməsə də, yüksək zülal tərkibinə görə səhər yeməyi üçün əla seçimdir. 100 qram çiy Atlantik qızılbalığında təxminən 20,4 qram zülal var. Bundan əlavə, qızılbalıq omeqa-3 yağ turşuları, vitaminlər, selen, fosfor, kalium, yod, xolin və biotinlə zəngindir. Tərkibindəki B qrupu vitaminləri onu xüsusilə alkoqol qəbulundan sonrakı bərpa dövründə faydalı qidalardan birinə çevirir.

 

Maraq ət ət növləri səhər yeməyi

Mənbə: lent.az

Xəbər lenti