Asiyanın ən varlı iş adamı Mukeş Ambaninin qızı İşa Ambani dəbdəbəli çantası ilə moda nümayişində böyük bir sensasiyaya səbəb olub. Yalnız bir dodaq boyası tutacaq qədər böyüklükdə olan brilyantla örtülmüş çantanın dəyəri 2 milyon dollardır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Mukeş Ambaninin qızı İşa Ambani bir neçə gün əvvəl keçirilən moda nümayişində mikro ölçülü lüks çantası və brilyant zərgərlik əşyaları ilə diqqəti cəlb edib.
34 yaşlı Ambaninin kiçik çantası minlərlə kəsilmiş brilyantdan istifadə edərək incə sənətkarlıqla hazırlanıb. Kiçik ölçüsünə baxmayaraq, yalnız bir dodaq boyası tuta bilən çanta yüksək dəyəri və eksklüziv dizaynı ilə izləyiciləri valeh edib.
Çantanın dəyərinin 2 milyon dollardan çox olduğu bildirilir.
Mukeş Ambani Asiyanın ən varlı iş adamı qızı İşa Ambani


Mənbə: lent.az