ABŞ-ın Nyu-York şəhərində keçirilən ənənəvi “Nathan's Famous Hot Dog Eating Contest” yarışının qalibi yenə də amerikalı Coey Çestnat olub.
Lent.az xəbər verir ki, 41 yaşlı Çestnat 10 dəqiqə ərzində 66 hot-doq yeyərək bu yarışda 18-ci dəfə çempion adını qazanıb.
Bu nəticə onun 2021-ci ildə müəyyən etdiyi 76 hot-doqluq dünya rekordunu yeniləməyə kifayət etməsə də, qələbə üçün yetərli olub.
Çestnat nəticəsinin gözlədiyindən aşağı olmasını havanın həddindən artıq isti və rütubətli olması ilə izah edib.
Qeyd edək ki, “Nathan's Famous Hot Dog Eating Contest” hər il ABŞ-ın Müstəqillik Günü münasibətilə keçirilən ən məşhur qeyri-adi müsabiqələrdən biridir.
hot-doq
Mənbə: lent.az