ABŞ-ın 32 yaşlı avarçəkəni Kelsi Pfendler Kaliforniyadan Havay adalarına qədər 2400 mildən (təxminən 3 860 km) çox məsafəni təkbaşına qət edərək tarixə düşüb.
Lent.az xəbər verir ki, o, bu marşrutu 43 gün 17 saat 55 dəqiqəyə başa vuraraq həm Kaliforniyadan Havaya tək avar çəkən ilk amerikalı qadın, həm də bu marşrut üzrə ən sürətli qadın və ən sürətli ümumi iştirakçı olub.
Pfendler may ayında Kaliforniyanın Monterey şəhərindən yola çıxıb və 21 futluq "Lily" adlı qayığı ilə Sakit okeanı tək keçib.
Səyahət zamanı o, güclü küləklər, yüksək dalğalar, yuxusuzluq və uzunmüddətli tənhalıqla mübarizə aparıb.
Havaya çatdıqda isə onu yüzlərlə insan alqışlarla qarşılayıb.
qayıq avar ABŞ




Mənbə: lent.az