IMG-LOGO

Antarktikadakı Qan Şəlaləsi yaxınlığında canlıların izləri tapıldı

06 Aug 2026 13:54 3 baxış
IMG
11 0

Alimlər Antarktika qitəsi yaxınlığındakı Qan Şəlaləsində araşdırma aparıblar. Nəticədə mikroskopik evakariot canlılardan ibarət bir topluluğun molekulyar sübutları kəşf edilib. Tədqiqatçılar bu tapıntının dəniz suyunun Antarktikanın qədim dövrlərində dərəyə daxil olmuş və buzlaq altında hapsola bilmiş ola biləcəyini göstərdiyinə diqqət çəkərək, şəlalədə qitənin keçmişinə işıq salacaq bioloji ipuclarının mövcud ola biləcəyini ortaya qoyublar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar müxtəlif mühitlərdən toplanmış 167 nümunəni RNA tədqiqi üsulu ilə analiz edərək orqanizmləri aşkar edib və onların aktiv olub-olmadıqlarını müəyyənləşdiriblər.

ABŞ-dakı California San Diego Universitetinin Scripps Okeanoqrafiya İnstitutundan edilən açıqlamaya görə, tədqiqatçılar Antarktikada Taylor Buzlağından dəmirlə zəngin duzlu suyu səbəbindən qırmızı rəngdə axan Qan Şəlaləsinə dair araşdırma aparıblar. Buzlağın bitmə nöqtəsi yaxınlığından və şəlalənin axdığı dərədəki müxtəlif mühitlərdən toplanan 167 nümunəni analiz edən tədqiqatçılar nümunələrdəki orqanizmləri aşkar etmək və onların aktiv olub-olmadığını başa düşmək üçün RNA tədqiqi üsulundan istifadə ediblər.

Tədqiqatçılar buzlağın bitmə nöqtəsi yaxınlığında aktiv və dəniz mənşəli mikroskopik evakariot canlılardan ibarət bir topluluğun molekulyar sübutlarına rast gəliblər.

Qitənin keçmişinə işıq salacaq ipucları ola bilər

Bu tapıntının dəniz suyunun Antarktikanın qədim dövrlərində dərəyə daxil olmuş və buzlaq altında hapsola bilmiş ola biləcəyini göstərdiyinə diqqət çəkən tədqiqatçılar, şəlalədə qitənin keçmişinə işıq salacaq bioloji ipuçlarının mövcud ola biləcəyini ortaya qoyublar. Tədqiqatçılar həmçinin nümunələr arasında fotosintez, stress reaksiyaları, hüceyrə bərpası və duzlu şəraitdə sağ qalmaqla əlaqəli gen aktivliyinə malik aktiv evakariotlara da rast gəliblər.

dünya qan şəlaləsi harada yerləşir

Mənbə: lent.az

Xəbər lenti