IMG-LOGO

İtlər ölən sahiblərinin yanından 1 həftə getmədi

13 Dec 2023 13:47 95 baxış
IMG

Sverdlovsk vilayətində 6 iti olan evdə pensiyaçının donmuş meyiti tapılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, o, tam bir həftə orada qalıb.

Qadının evində istilik olmayıb, qaz isə bir neçə ay əvvəl kəsilib. İtlər ac qalsa da, sahibini isitməyə çalışıblar.

Qeyd edilir ki, tapılan zaman heyvanlar özləri də həddindən artıq tükənmiş vəziyyətdə olublar. İndi onlar könüllülərin himayəsindədirlər və insanlara qarşı aqressiv davranırlar.

Fəallardan biri ehtimal edir ki, itlər ölən sahibini qoruyur.

Xəbər lenti