IMG-LOGO

Bakıda maşınlar toqquşdu-FOTO

14 Dec 2023 03:58 97 baxış
IMG

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Xəqani Rüstəmov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, işıqforun qırmızı işığında keçən 90-RE-888 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomobil 77-XL-726 dövlət nömrə nişanlı “Toyota Prius” markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində “Toyota Prius”un sürücüsü Etibar Bağırov xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti