IMG-LOGO

Məktəbdə 18 şagirdi ildırım vurdu, 5-i öldü

14.12.2023 15:54 101 baxış
IMG

Konqo Demokratik Respublikasında uşaqlar içəridə olarkən məktəbə ildırım düşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, dekabrın 12-də səhər saatlarında İturi vilayətinin Bukirinqi kəndində dərs zamanı uşaqlar sinifdə təmizlik işləri apararkən onların 18-ni ildırım vurub. Hadisə yerinə gələn tibb işçiləri beş nəfərə - iki qız və üç oğlana kömək edə bilməyiblər. Digər mənbələrə görə, ölənlərin sayı 5-dən 13-ə qədərdir.

İturinin mülki müdafiəsinə cavabdeh olan məsul şəxs hadisəni təsdiqləyib. O qeyd edib ki, əyalət yağışlı mövsümdə xüsusilə ağır zərbə alır, məktəblər və digər binalar tez-tez dağılır.

Xəbər lenti