IMG-LOGO

Goranboyda 65 yaşlı kişini "tok" vurub öldürdü

07.03.2025 00:15 102 baxış
IMG

Goranboyda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, yerli bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1960-cı il təvəllüdlü Əliyev Paşa Yaşar oğlunu elektrik cərəyanı vurub.

65 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti