IMG-LOGO

Goranboyda "Hyundai" iki heyvanı vurub öldürdü

22.04.2025 23:01 43 baxış
IMG

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Yeni Gəncə sakini 1994-cü il təvəllüdlü Salmanova Aygün Əlyar qızının idarə etdiyi “Hyundai” markalı 77-SE-912 dövlət nömrə nişanlı avtomobil yolda hərəkətdə olan zaman qarşısına 2 iribuynuzlu heyvan çıxıb.

Avtomobili saxlaya bilməyən sürücü heyvaları vurub. Heyvanlar hadisə yerində tələf olub.

Qəza zamanı avtomobilə də ziyan dəyib, xəsarət alan isə olmayıb.

Xəbər lenti