IMG-LOGO

Oğuzda maşın aşdı: yaralılar var - VİDEO

07.05.2025 23:43 8 baxış
IMG

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Zərrab kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, Oğuz rayon sakininin idarə etdiyi “VAZ-21012” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onlara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.  

 

Xəbər lenti