IMG-LOGO

Olimpiya məşəli alovlandırılacaq - Açıqlama

09.05.2025 04:47 10 baxış
IMG

2026-cı il Qış Olimpiya Oyunları üçün Olimpiya məşəli noyabrın 26-da Qədim Olimpiyada keçiriləcək mərasimdə alovlandırılacaq.

APA xəbər verir ki, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.

Təxminən 450 məşəlçinin iştirak edəcəyi estafet noyabrın 26-da Qədim Olimpiyada başlayacaq, bir sıra şəhərlərdə davam edərək dekabrın 4-də Panathenaik Stadionunda başa çatacaq.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək Milanda və Kortina d'Ampezzoda keçiriləcək.

Xəbər lenti