IMG-LOGO

“Tottenhem” UEFA Avropa Liqasının qalibi oldu

22.05.2025 01:03 4 baxış
IMG

Bu gün UEFA Avropa Liqasının final matçı keçirilib.

Apasport.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” qarşılaşıb.

Bakı vaxtilə saat 23:00-da başlayan görüş İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutub.

Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Brennan Consonun 42-ci dəqiqədə vurduğu qolla "Tottenhem" titulun sahibi olub.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Xəbər lenti