IMG-LOGO

Zaqatalada yolu keçən kişini maşın vurdu

24.05.2025 00:21 6 baxış
IMG

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası olub. Lent.az xəbər verir ki, hadisə axşam saat 20 radələrində Zaqatala şəhərində qeydə alınıb. Rayonun Üçüncü Tala kənd sakini Hafiz Rəcəbov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Umaxan Əliyevi vurub. Xəsarət alan piyada Zaqatala RMX-na yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti