ABŞ millisinin hokkey komandası İsveçrəyə qarşı keçirilən final oyununda qələbə qazanaraq dünya çempionatının qalibi olub. Lent.az xəbər verir ki, qarşılaşma İsveçin paytaxtı Stokholmda baş tutub.
Matçın əsas vaxtı qolsuz başa çatıb, amerikalılar isə əlavə vaxtda 1:0 hesabı ilə qalib gəliblər. Həlledici qolu görüşün 63-cü dəqiqəsində Teyc Tompson vurub.
Bu, ABŞ millisinin tarixində üçüncü dünya çempionluğu olub. Komanda daha əvvəl 1933 və 1960-cı illərdə bu titulu qazanmışdı.