IMG-LOGO

Messi və Suares futbol klubu təsis etdilər

28.05.2025 00:46 20 baxış
IMG

“İnter Mayami” klubunun futbolçuları – səkkizqat “Qızıl top” sahibi Lionel Messi və İspaniya çempionluğunu beş dəfə qazanmış uruqvaylı Luis Suares – öz futbol klublarını yaratdıqlarını elan ediblər. Lent.az xəbər verir ki, bu barədə Suares "X" hesabında paylaşım edib.

Yeni yaradılmış komanda “Deportivo LSM” adlanır və Uruqvay çempionatının güc baxımından dördüncü divizionunda çıxış edəcək. “LSM” futbolçuların adlarının baş hərflərini ifadə edir. 

Xəbər lenti