Lənkəranda qətl hadisəsi qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib. Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Onun sahədən qayıtmadığını görən yaxınları axtarış aparıblar. Axtarış zamanı V.Səbziyevin meyiti sahədə yol üstündə aşkarlanıb. İlkin olaraq onun kəsici-deşici alətlə qətlə yetirildiyi məlum olub. Qətli kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.