UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.
Lent.az xəbər verir ki, ilk oyun günündə Almaniya yığması Portuqaliya ilə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Portuqaliya millisi meydandan qalib ayrılıb. Pireney yarımadasının təmçilərindən Fransişku Konseyşan və Kriştiano Ronaldo fərqlənib. Almaniya yığmasının yeganə qolunu Florian Virtz vurub.