IMG-LOGO

Levandovski Polşa millisindən imtina etdi

09.06.2025 02:31 3 baxış
IMG

"Barselona" klubunun formasını geyinən polşalı ulduz futbolçu Robert Levandovski Polşa millisində oynamaqdan imtina edib. Lent.az xəbər verir ki, hücumçu bunu sosial şəbəkə hesabında açıqlayıb.

36 yaşlı təcrübəli futbolçu bildirib ki, millinin baş məşqçisi Mixal Probyej vəzifəsindən azad olunmayınca milli komandaya qayıtmayacaq.

O, Polşa millisinin heyətində indiyədək 158 oyun keçirib, 85 qol vurub və ölkə tarixinin ən məhsuldar futbolçusudur.

Xəbər lenti