Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində daha 6 oyun baş tutub.
Apasport.az xəbər verir ki, birinci oyunda Norveçə uduzan İtaliya yığması bu dəfə Moldovanı qəbul edib.
2 qolun vurulduğu matçda sevinən tərəf italiyalılar olub. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Belçika millisi Uelslə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada azarkeşlər 7 qola şahidlik ediblər. Belçikalılar rəqibini 4:3 hesabı ilə məğlub etməyi bacarıblar.
DÇ-2026 Avropa zonası, seçmə mərhələ
9 iyun
I qrupu 22:45. Estoniya – Norveç 0:1 22:45. İtaliya – Moldova 2:0
Xal durumu: Norveç – 12 İsrail – 6 Estoniya – 3 İtaliya – 3 Moldova – 0.
J qrupu 18:00. Qazaxıstan – Şimali Makedoniya 0:1 22:45. Belçika – Uels 4:3
Xal durumu: Şimali Makedoniya – 8 Uels – 7 Belçika – 4 Qazaxıstan – 3 Lixtenşteyn – 0.
L qrupu 22:45. Xorvatiya – Çexiya 5:1 22:45. Farer adaları – Cəbəllütariq 2:1
Xal durumu: Çexiya – 9 Monteneqro – 6 Xorvatiya – 6 Farer adaları – 3 Cəbəllütariq – 0.