25-dən çox kitabın, o cümlədən "Çaqqal günü" casus romanının müəllifi, yazıçı Frederik Forsit 86 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, onun ölümünü yazıçının agenti Conatan Lloyd elan edib.
"Biz dünyanın ən böyük triller yazıçılarından birinin ölümünə yas tuturuq", - Lloyd bildirib.
O, xatırladıb ki, karyerası ərzində Forsitin dünya üzrə kitablarının 75 milyon nüsxəsi satılıb.
Frederik Forsit 2015-ci ildə öz tərcümeyi-halında Britaniya kəşfiyyatı ilə 20 il əməkdaşlıq etdiyini etiraf edib.