IMG-LOGO

Kürdəmir sakinini qatar vurub öldürdü

05.07.2025 23:54 6 baxış
IMG

Kürdəmir sakinini qatar vurub.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Kürdəmir rayonunun Karrar kənd sakini, 45 yaşlı Heydərov Vüsal Çovğun oğlu Bakı-Ağstafa dəmiryolunun Karrar kəndindən keçən hissəsini keçərkən onu qatar vurub.

O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti