IMG-LOGO

Bitkoindən yeni rekord - Məksimum qiymətə çatdı

10.07.2025 02:42 9 baxış
IMG

Bitkoinin qiyməti yeni rekorda çataraq 112 min dollar həddini keçib.

Lent.az xəbər verir ki, kriptovalyuta bazarındakı göstəricilərə görə, Bakı vaxtı ilə çərşənbə günü gecə saat 23:55-də bitkoinin dəyəri 112 055 dollara yüksəlib ki, bu da 3,04% artım deməkdir.

Digər tərəfdən, "Binance" birjasında bitkoinin ən yüksək məzənnəsi 111 999,79 dollar kimi qeydə alınıb. Lakin Bakı vaxtı ilə saat 00:00-a yaxın artım tempi bir qədər zəifləyərək qiymət 111 800 dollar ətrafında (təxminən +2,8%) stabilləşib.

Xəbər lenti