IMG-LOGO

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdülər

10.07.2025 23:48 7 baxış
IMG

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.

Lent.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Famil Adil oğlu Balaşov idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə sürücü F.Balaşov və avtomobildə olan onun nişanlısı Aysel Səfərova müxtəlif dərəcəli xəsarət alıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Füzuli rayon yanğınsöndürmə bölməsinin xilasediciləri cəlb ediliblər.

Onlar sudan çıxarılaraq, Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlkin yardım göstərildikdən sonra ambulator müalicə üçün hər iki şəxs evə buraxılıb.

F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti