Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində yanğın baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı ərazidə quru ot və ağaclıq ərazi alovlanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.