IMG-LOGO

Biləsuvar rayonuna yeni prokuror təyin edildi

25.02.2024 18:11 102 baxış
IMG

Binəqədi rayon prokurorunun müavini, ədliyyə müşaviri Ramin Nəğdəliyev Biləsuvar rayon prokuroru təyin olunub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Baş prokuror müvafiq əmr imzalayıb.

Ramin Nəğdəliyev daha öncə Binəqədi Rayon Prokurorunun müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu vaxta qədər Biləsuvar rayon prokurorunun vəzifəsini Camal Bağırov icra edirdi. C.Bağırov Balakən Rayonunun Prokuroru təyin olunub.

Xəbər lenti