IMG-LOGO

Pişiyinizdə bu hərəkətlər varsa - Deməli dişi ağrıyır

25 Mar 2026 08:44 3 baxış
IMG
3 0

Pişiklərdə diş ağrısını vaxtında aşkar etmək çətindir, çünki onlar diskomfortu gizlədirlər və sahibləri problemi çox vaxt gec fərq edir.

Lent.az xəbər verir ki, bu barədə baytar-stomatoloq Olqa Tereşko məlumat verib.

Onun sözlərinə görə, ilk əlamətlər qidalanma ilə bağlı olur. Belə ki, pişik yalnız bir tərəflə çeynəyə bilər, yemək tikələrini tökər, başını silkələyər, miyoldayar və ya ümumiyyətlə bərk qidadan imtina edib yumşaq yeməyə üstünlük verər.

Ağızdan gələn xoşagəlməz qoxu isə iltihab, infeksiya, gingivit və ya daha ciddi problemlərin göstəricisi ola bilər.

Həmçinin pişik ağzındakı narahatlığı azaltmaq üçün üzünü əşyalara sürtə, sanki ağzından nə isə çıxarmağa çalışa bilər. Bu zaman ağız boşluğunda qızartı, yara və ifrazatlara diqqət yetirmək lazımdır. Digər əlamətlərə apatiya və ya aqressiya, çəki itkisi və tüklərin keyfiyyətinin pisləşməsi daxildir.

Ekspert vurğulayıb ki, diş ağrısı müalicəsiz keçmir, əksinə güclənir və infeksiya qan vasitəsilə ürək, böyrəklər və qaraciyərə yayıla bilir.

Ağır hallarda abses və çənə sümüyünün iltihabı olur. Buna görə də ən azı iki əlamət müşahidə olunarsa, dərhal baytara müraciət etmək tövsiyə olunur.

pişik diş

Xəbər lenti