IMG-LOGO

Alimlər qocalmayan kəpənək aşkar etdilər

21 Sep 2026 01:19 4 baxış
IMG
0 0

Alimlər Cənubi və Mərkəzi Amerikanın tropik meşələrində digər kəpənəklərdən fərqli olaraq çox yavaş qocalan “Heliconius” cinsinə aid kəpənəkləri araşdırıblar.

Lentş.az xəbər verir ki, tədqiqat zamanı bu kəpənəklərin fiziki qabiliyyətlərinin yaş artdıqca digər növlərdə olduğu kimi sürətlə zəifləmədiyi müəyyənləşdirilib.

“Heliconius” kəpənəkləri təxminən bir il yaşaya bilir. Bu isə cəmi bir neçə həftə ömür sürən bir çox kəpənək növü ilə müqayisədə olduqca uzun müddətdir.

Alimlər hesab edirlər ki, bu xüsusiyyətin öyrənilməsi canlılarda qocalma prosesinin necə baş verdiyini daha yaxşı anlamağa kömək edə bilər.

kəpənək

Mənbə: lent.az

Xəbər lenti