Bir çox insan bu inancı bilir. Gün batandan sonra pul vermək olmaz. Bu qayda nəsildən-nəslə ötürülüb. Arxasında həm mistik, həm də məntiqli səbəblər dayanır.
Lent.az xəbər verir ki, bu qadağanın kökləri qədim dövrlərə gedib çıxır. Keçmişdə axşam düşəndə həyat dayanırdı. İnsanlar su gətirmir, zibil atmır və heç kimə evdən heç nə vermirdi. İnanılırdı ki, qaranlıq düşdükdən sonra “pis qüvvələr” aktivləşir və bu vaxt görülən işlər uğursuz olur.
Pul isə xüsusi əhəmiyyət daşıyırdı. Atalarımız hesab edirdi ki, pul evin, ailənin və zəhmətin enerjisini daşıyır. Gün batdıqdan sonra onu başqasına vermək guya evdən bərəkəti çıxarmaq, yoxsulluğa yol açmaq demək idi. Hətta gecə borc istəyən insanın “uğursuz enerjiyə” sahib olduğu düşünülürdü.
Bu qaydanı pozsan nə olar?
İnanca görə:
Axşam verilən pul geri qayıtmaya, həmçini evdən bərəkət “çıxar” və maddi çətinliklər başlaya bilər. Axşam borc alan şəxs də fayda görməz.
Məntiqi izah
Bu inancın arxasında real səbəblər də var. Axşam insan yorğun olur, diqqəti azalır və qərarları daha emosional verir. Bu səbəbdən səhər verməyəcəyin bir borcu axşam asanlıqla verə bilərsən. Keçmişdə isə işıq olmadığı üçün səhv hesablamalar olurdu və qaranlıqda pul vermək oğrular üçün də risk yaradırdı.
Pul vermək üçün uyğun olmayan digər vaxtlar
Qədim inanclara görə:
Bazar ertəsi və çərşənbə axşamı pul vermək uğursuz sayılır. Bazar günü pul “istirahət etməlidir”. Ən uğurlu gün çərşənbə hesab olunur. Ayın fazalarına da diqqət edilirdi.
Qapı ağzında pul vermək
Qapı astanası iki dünya arasında sərhəd sayılırdı. Ona görə də pulu qapı üstündə vermək evin “qorumasını pozmaq” kimi qəbul edilirdi.
Axşam pul vermək lazımdırsa, nə etməli?
Pulu birbaşa əl-ələ vermə, masaya qoy, qarşı tərəf özü götürsün. Ən yaxşı üsul: bank kartı ilə köçürmə etmək.
Bu cür inanclar sadəcə mistika deyil. Onlar insanı pul məsələlərində daha düşünülmüş qərarlar verməyə təşviq edir. Axşam tələsik verilən qərar səhər dəyişə bilər. Buna görə də “səhərə saxla” məsləhəti əslində çox vaxt düzgün olur.
Maraq xalq inancları pul pul enerjisi