IMG-LOGO

Dünyanın ən dar evi - Eni cəmi 63 santimetrdir

30 Mar 2026 20:15 3 baxış
IMG
0 0

Peruda yerləşən unikal bir evin eni cəmi 63 santimetrdir. Bu tikili dünyada tam funksional olan ən dar yaşayış obyektləri hesab olunur.

Lent.az xəbər verir ki, kiçik ölçülərinə baxmayaraq, ev rahat yaşayış üçün bütün əsas şəraitlə təmin olunub. Onun daxilində mətbəx, hamam, yataq otağı, yemək sahəsi, iş otağı, camaşırxana və hətta pilləkənlə birləşdirilmiş iki mərtəbə mövcuddur. Bütün bunlar eni cəmi 63 santimetr olan bir məkanda yerləşdirilib.

Layihə yerli sakin Fabio Morenoya məxsusdur. Onun sözlərinə görə, bu ev göstərmək üçündür ki, xoşbəxtlik yaşayış yerinin ölçüsündən deyil, insanın mövcud məkanı necə istifadə etməsindən asılıdır.

Parlaq dizaynı və qeyri-adi quruluşu artıq minlərlə ziyarətçinin diqqətini cəlb edib və ev tədricən turistik maraq nöqtəsinə çevrilir.

Şəhərin mərkəzi meydanının yaxınlığında yerləşən bu ev ziyarət üçün açıqdır. Lakin son dərəcə dar olduğuna görə onu eyni anda yalnız bir neçə nəfər gəzə bilir və içəridə hərəkət imkanları xeyli məhduddur.

Fabio Moreno evin dünyada ən dar tikili kimi rəsmi qeydiyyata alınması üçün “Ginnesin Rekordlar Kitabı”na müraciət edib.

Hazırda yoxlama prosesi davam edir və bu çərçivədə rəsmi ölçmələr aparılır, həmçinin texniki sənədlər təsdiqlənir. Layihə müəllifi isə əmindir ki, onun tikilisi bu statusu əldə etmək üçün bütün şərtlərə cavab verir.

ən dar ev dar evlər qeyri-adi evlər ev dizaynları ev qrafikləri Peru

Xəbər lenti