Hindistanda dünyanın ən böyük əhali siyahıyaalması başlayır.
Lent.az xəbər verir ki, təxminən 3 milyondan çox əməkdaşın iştirak edəcəyi proses bir il davam edəcək və 1,4 milyard insanın məlumatları toplanacaq.
Ölkə sürətlə artan əhali fonunda elektrik, qida və mənzil kimi əsas ehtiyaclarla bağlı çətinliklərlə üzləşir; böyük şəhərlərdə isə su qıtlığı, çirklənmə və sıxlıq diqqət çəkir.
Hökumət bu siyahıyaalmanı milli əhəmiyyətli böyük layihə kimi qiymətləndirir. Proses iki mərhələdə aparılacaq: ilk mərhələdə ev təsərrüfatları və yaşayış şəraiti barədə məlumatlar toplanacaq, ikinci mərhələdə isə demoqrafik, sosial-iqtisadi və digər məlumatlar qeydə alınacaq.
Hindistan siyahıyaalma