IMG-LOGO

Tualetdə oxunub unitaza atıla bilən jurnal

07 Apr 2026 11:02 4 baxış
IMG
0 0

Tualet kağızı markası Cushelle qeyri-adi yeniliyi ilə diqqət çəkib. Şirkət “Porcelain” (tərcümədə “Farfor”) adlı dünyada ilk dəfə tamamilə tualet kağızından hazırlanmış jurnalı təqdim edib.

Lent.az xarici mediaya istinadal xəbər verir ki, nəşr yumşaq material üzərində çap olunub və istifadə edildikdən sonra rahatlıqla unitaza atılaraq yuyula bilir. Layihənin adı da simvolik məna daşıyır.

“Porcelain” sözü sanitar texnikanın hazırlandığı materiala işarə edir və beləliklə, adi gigiyena vasitəsini bir növ media məhsuluna çevirir.

Bu ideya aparılan araşdırmadan sonra yaranıb. Məlum olub ki, Böyük Britaniyada insanların 74 faizi tualetdə keçirdiyi vaxtı gündəlik həyatdan uzaqlaşmaq və tək qalmaq üçün nadir fürsət kimi qiymətləndirir.

Davranış psixoloqu Co Hemmings bildirir ki, müasir dövrdə tualet demək olar ki, insanın narahat edilmədiyi yeganə məkandır. Bu səbəbdən də bu məkan dincəlmək, fikirləri toplamaq və gündəlik stresdən uzaqlaşmaq üçün ideal sayılır.

“Porcelain” jurnalında əyləncəli məzmunlara üstünlük verilib. Burada ulduz falı, məntiq tapmacaları və digər yüngül oxu materialları yer alır. Hər səhifə oxunduqdan sonra qoparılıb istifadə oluna və sonra yuyula bilər.

Kampaniya çərçivəsində keçirilən sorğunun nəticələrinə görə, Şahzadə Harinin “Spare” (“Ehtiyat”) adlı xatirələri britaniyalıların ən çox tualetdə oxuduğu kitab seçilib. İlk onluğa həmçinin Corc Oruell və Stiven Hokinqin əsərləri də daxil olub.

Mütəxəssislər hesab edir ki, bu kimi kreativ yanaşmalar gündəlik məhsulları yeni formada təqdim etməklə həm istehlakçıların diqqətini cəlb edir, həm də adi vərdişləri fərqli təcrübəyə çevirir.

Böyük Britaniya tualet kağızı jurnalı

Xəbər lenti