İnternet “bir həftəyə milyonçu ol” tipli məsləhətlərlə doludur. Amma real uğur qazanan insanlar tam fərqli prinsiplərlə hərəkət edir. Onların yolu sürətli deyil, amma effektivdir. Ən böyük yanlış inamlardan biri budur ki, çox qazanmaq üçün işindən nifrət etməlisən.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Stanford University psixoloqlarının araşdırmasına görə, prosesdən zövq alan insanlar məqsədlərinə daha tez çatır. Əzab inkişafı sürətləndirmir, əksinə ləngidir.
Kiçik addımlar, böyük nəticələrHər gün kiçik addım atmaq daha effektlidir. Gündə 1 səhifə yazmaq ayda 300 səhifə yazmaqdan daha asandır. Davamlılıq motivasiyadan daha güclüdür.
“2 dəqiqə qaydası”Əgər bir işi 2 dəqiqəyə görmək mümkündürsə, onu dərhal edin. Kiçik işləri yığmaq onları böyük problemə çevirir.
Ətrafınız sizi formalaşdırırSizin mühitiniz ya sizi irəli aparır, ya da geri çəkir. Ən azı sizi motivasiya edən bir insanın olması çox şeyi dəyişə bilər.
İlham gözləməyinİlham hərəkətdən sonra gəlir, əvvəl yox. Başlamaq üçün ideal vəziyyəti gözləməyin, sadəcə başlayın.
Yox deməyi öyrəninHər bəli lazımsız işlərə sərf olunan vaxt deməkdir. Məqsədə xidmət etməyən şeylərdən imtina edin.
Səhvlər uğurun bir hissəsidirSəhv etmək uğursuzluq deyil, analiz üçün məlumatdır. Səhv etməyən insan, əslində heç nə etmir.
Planlamanı axşam edinGünü səhər yox, axşam planlaşdırın. Bu, səhər vaxtına qənaət edir və fokuslanmağı asanlaşdırır.
Qurbağanı ye prinsipiƏn çətin işi günün əvvəlində edin. Bundan sonra qalan bütün işlər sizə daha asan görünəcək.
Perfeksionizm sizi saxlayırİdeal plan gözləməyin. Başlayın, sonra düzəldin. Uzun düşünmək inkişafı dayandırır.
Diqqət dağıdanları aradan qaldırınTelefonu uzaqlaşdırın, osial şəbəkələri məhdudlaşdırın. Beyin həmişə asan yolu seçir.
Yuxu məhsuldarlığın açarıdırYuxu vaxt itkisi deyil, investisiyadır. Yaxşı istirahət edən insan daha effektiv işləyir.
Özünüzü müqayisə etməyinSiz başqalarının nəticəsini görürsünüz, amma onların keçdiyi yolu yox. Öz başlanğıcınızı başqasının zirvəsi ilə müqayisə etməyin.
Uğur davam etmək bacarığıdırUğur son nöqtə deyil, yıxıldıqdan sonra yenidən qalxa bilməkdir.
Kiçik vərdişlər böyük dəyişiklik yaradırHər ay bir yeni vərdiş qazansanız, bir ildə 12 yeni bacarıq əldə etmiş olarsınız.
Ən vacib məqam budur, ideal zamanı gözləməyin. Heç kim sizə başla deməyəcək. Hərəkətə keçmək üçün ən doğru an elə indidir.
uğurlu insan motivasiya