Bir çox insan bəzi gecələrin rahat keçdiyini, bəzilərində isə yuxuya getməkdə çətinlik çəkdiyini və yorğun oyandığını müşahidə edir. Səbəb çox sadə ola bilər - çarpayının hansı tərəfində yatmağınız.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, əslində, yuxu üçün müəyyən bir yer seçmək vərdişi rahatlığa, istirahətin keyfiyyətinə və gecə vaxtı özünü təhlükəsiz hiss etməyə təsir göstərə bilər.
Bəs çarpayının hansı tərəfinin məhz sizə uyğun olduğunu necə anlamalı?
Çarpayı tərəfi və qalxma rahatlığı
Əgər gecələr tualetə getmək və ya uşağa baş çəkmək üçün tez-tez oyanırsınızsa, qapıya ən yaxın tərəfi seçmək məntiqlidir. Bu, artıq hərəkətlər etmədən, mebelə toxunmadan və əşyalara ilişmədən qalxmağınıza şərait yaradacaq. Sadə yanaşmadır, lakin o, stressi əhəmiyyətli dərəcədə azalda və gecə oyanmalarını asanlaşdıra bilər.
Təhlükəsizlik hissi və psixoloji rahatlıq
Bir çox insan instinktiv olaraq kürəyinin pəncərəyə və ya keçidə deyil, divara söykəndiyi tərəfi seçir. Bu "arxadan qorunma" hissi rahatlamağa və yuxuya daha tez getməyə kömək edir. Kimisi üçün yanında partnyorunun olması vacibdir, kimisi isə tamamilə izolyasiya olunmuş məkanı üstün tutur.
Seçimin tibbi xüsusiyyətləri
Bəzən çarpayı tərəfinin seçiminə sağlamlıq vəziyyəti təsir edir. Məsələn:
Hamilə qadınlara tərəfi üstün tutmaq tövsiyə olunur. Bu, qan dövranını yaxşılaşdırır və ürəyə düşən yükü azaldır;
Turşu reflüksü (mədə yanması) olan insanlar üçün də sol tərəf daha rahatdır;
Ürək çatışmazlığı olan xəstələr isə sağ tərəfdə yatdıqda daha az təngnəfəslik hiss edə bilərlər.
Yuxu vərdişlərini dəyişməzdən əvvəl bu nüansları həkimlə müzakirə etmək həmişə faydalıdır.
Rahatlıq və ətraf mühit
Otaqdakı temperatur və işıqlandırmanın da xüsusi rolu var. Əgər gecələr həddindən artıq istilənməyə və ya üşüməyə meyillisinizsə, ventilyasiyaya və ya qızdırıcıya daha yaxın tərəfi seçin.
Əgər işıq yuxunuza mane olursa, pəncərədən və ya gecə çırağından uzaqlaşın. Bəzi insanlar isə əksinə, yuxuya gedərkən günəşin ilk şüalarını və ya qürubu görməyi sevirlər. Bu da tərəf seçimində nəzərə alınır.
Vərdiş və müntəzəmlik niyə vacibdir?
Yuxu mütəxəssislərinin əsas qənaəti: Stabillik çarpayı tərəfindən daha vacibdir. "Əks" tərəfdə yatmağa çalışmaq diskomfort yarada və yuxuya getməyi çətinləşdirə bilər, xüsusən də müəyyən bir pozisiyaya öyrəşmisinizsə.
Daimi yuxu ritualının yaradılması, eyni vaxtda yatmaq, rahat çarpayı tərəfi, konfortlu temperatur və zəif işıq, gümrah və dincəlmiş halda oyanmağa kömək edir.
Yatmaq üçün çarpayının "doğru" və ya "səhv" tərəfi yoxdur. Hər şey sizin vərdişlərinizə, rahatlığınıza və orqanizmin fərdi xüsusiyyətlərinə bağlıdır.
Sevda Rumi
Çarpayı yatmaq