Yumurta yüksək zülallı məhsuldur və nisbətən yavaş həzm olunur. Bu isə o deməkdir ki, yüngül qəlyanaltı ilə müqayisədə mədə daha uzun müddət işləyir.
Lent.az xəbər verir ki, lakin bu hər zaman mənfi hal deyil. Zülal qanda şəkərin səviyyəsini sabit saxlayır və bu da gecə oyanmalarını azalda bilər. Mütəxəssislər bildirir ki, yumurta tərkibində triptofan adlı amin turşusu var. Bu maddə serotonin hormonunun yaranmasında iştirak edir və serotonin isə orqanizmi rahatlama vəziyyətinə keçirir. Ancaq təsir miqdardan asılıdır.
Yatmazdan əvvəl bir ədəd yumurta orqanizm üçün faydalı ola bilər, amma üç-dörd ədəd yemək mədəyə yük salır və yuxunun keyfiyyətini pisləşdirə bilər. Hazırlanma üsulu da vacibdir.
Yağda qızardılmış yumurta ağır qida sayılır və yuxuya mənfi təsir edə bilər. Ən yaxşı seçim qaynadılmış və ya buxarda hazırlanmış yumurtadır. Bu formada daha asan həzm olunur və ağırlıq hissi yaratmır. Bəzi insanlar yumurtanı kalorili hesab edərək axşam yeməkdən çəkinir. Amma bir yumurta təxminən 70 kalori təşkil edir və bu, qəlyanaltı üçün normal sayılır.
Dietoloqlar qeyd edir ki, yumurta gecə ac oyanan insanlar üçün yaxşı seçimdir, çünki uzun müddət toxluq hissi yaradır. Lakin mədə-bağırsaq problemi olan şəxslər ehtiyatlı olmalıdır, çünki gecə zülal qəbulu narahatlıq yarada bilər.
Yumurtanı yatmazdan təxminən bir saat əvvəl yemək daha məqsədəuyğundur bu zaman orqanizm həzmi başlatmış olur və yuxu daha rahat keçir. İnsan öz bədənini dinlədikdə, yumurtanın ona uyğun olub-olmadığını tez anlayır və buna uyğun qərar verir.
Maraq yumurta həzm sistemi