Düzgün suvarma pomidorun bol və keyfiyyətli məhsul verməsi üçün əsas şərtlərdən biridir. Yanlış suvarma isə məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər.
Lent.az bu üsulları təqdim edir:
Əsas qaydalar
1. Əkin sonrası ilk günlərdə suvarmayın
Fidanlar torpağa köçürüldükdən sonra ilk 5 gün ərzində suvarmaq məsləhət görülmür. Bu müddət bitkinin yeni mühitə uyğunlaşması üçün vacibdir.
2. Suvarma şəraitə görə dəyişir
Sonrakı suvarma:
pomidorun harada yetişməsindən (istixana və ya açıq sahə)
mövsümün hava şəraitindən asılıdır
3. Yalnız kökdən suvarın
Pomidorları mütləq kökdən suvarmaq lazımdır, xüsusilə çiçəkləmə dövründə.
Çox su vermək:
çiçəklərin tökülməsinə səbəb ola bilər
meyvə əmələ gəlməsini zəiflədə bilər
göbələk xəstəlikləri riskini artırır
4. Açıq sahədə suvarma norması
Bağda yetişən pomidorlar üçün:
həftədə 1-2 dəfə suvarma kifayətdir
hər kolda təxminən 3-5 litr su istifadə olunur
Amma çiçəkləmə dövründə su miqdarı azaldılmalıdır:
hər kolda 1-2 litr su
5. Vegetasiya sonuna yaxın suvarmanı dayandırın
Məhsul yığımına təxminən 30-40 gün qalmış suvarma dayandırılır. Bu, meyvələrin daha dadlı və keyfiyyətli olmasına kömək edir.
Maraq pomidor suvarma qaydaları tərəvəz yetişdirmə