IMG-LOGO

Okeandan heç vaxt çıxmayan, ayaqları olan məxluq tapıldı

14 May 2026 14:18 3 baxış
IMG
0 0

Paleontoloqlar qırxayaqların çoxsaylı ayaqlarının mənşəyi ilə bağlı 437 milyon illik sirrin üstünü açıblar. Alimlər onların sualtı əcdadlarının quruya çıxış prosesində necə rol oynadığını müəyyən ediblər.

Lent.az “Daily Galaxy”ə istinadla xəbər verir ki, paleontoloqlar əvvəllər məlum olmayan qədim su artropodunun fosillərini aşkar ediblər. Bu tapıntı göstərir ki, müasir qırxayaq və minayaq kimi canlıların əcdadları özlərinə xas çoxsaylı ayaqları quruya çıxmazdan milyonlarla il əvvəl, hələ suda yaşayarkən inkişaf etdiriblər.

Brandon Bridge formasiya zonasında, Vaukeşa yaxınlığında tapılan fosillərin yaşı təxminən 437 milyon il hesab olunur. Bu tapıntılar qədim dünyanın necə göründüyü barədə alimlərə nadir məlumat verir. 35 ədəd olduqca yaxşı qorunmuş nümunənin aşkar edilməsi alimlərə adətən fosilləşmə zamanı itən əzələ toxumasını və digər yumşaq toxuma detallarını araşdırmaq üçün nadir imkan yaradıb.

Yumşaq bədənli orqanizmlərin mükəmməl qorunması ilə tanınan “Waukartus muscularis” fosilləri müasir qırxayaq və minayaqlara heyrətamiz dərəcədə bənzəyir. Onların uzun, seqmentləşmiş bədəni və ən azı 11 cüt ayağı olub. Məxluqun baş hissəsindən sonra uzun gövdə yerləşib və bəzi ətraflar ölçülərinə görə bir-birindən fərqlənib.

Tədqiqat müəllifləri yazıblar: “Onların daha qısa olması yerimək üçün uyğunlaşmadığını, əvəzində hissiyyat və ya qidalanma funksiyalarında ixtisaslaşdığını göstərə bilər. Lakin qidalanma üsulu məlum deyil. “Waukartus muscularis”un gövdəsi elastik olub. Bunu əyilmiş fosillər və ardıcıl seqmentlər arasındakı örtüşmələrin müxtəlifliyi göstərir”.

Bu kəşfin ən diqqətçəkən tərəflərindən biri təkşaxəli ətrafların, yəni budaqlanmayan ayaqların qorunub qalması olub. Bu xüsusiyyət quru artropodları üçün xarakterik hesab olunur.

Qədim dövrdə yaşamış digər su artropodlarından fərqli olaraq, “Waukartus muscularis”un ayaqları budaqlanmamış formada olub. Yəni, bu ətraflar suda yaşamaq üçün formalaşsa da, quru həyatına keçid üçün də uyğunlaşmış hesab edilir. Tədqiqatçıların qeyd etdiyi kimi, həmin dövrdə əksər su artropodlarının üzməyə kömək edən budaqlanmış ayaqları olurdu.

alimlər elmi araşdırmalar okean

Xəbər lenti