Trenddə olan raf qəhvəni və darçınlı kapuçinonu unudun. Dünyada elə bir içki var ki, onun bir fincanı müəllim maaşına və ya iki həftəlik ərzaq xərcinə bərabər ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Dubayda tarixdə ən bahalı qəhvə təqdim olunmağa başlayıb. Bu qeyri-adi içkinin bir fincanı 3600 dirhəmə (980 dollara) başa gəlir.
Bu qədər yüksək qiymətin səbəbi nədir?
Sirri qəhvə dənələrindədir. Bu qəhvə elit Geisha qəhvəsi növündən, daha dəqiq desək, onun ən nadir “Nido 7” xəttindən hazırlanır.
Qəhvənin yetişdirildiyi yer sadəcə eksklüziv deyil, demək olar ki, əfsanəvidir - Baru vulkanının qərbi Panama yamacları. Buradakı məhsul o qədər az olur ki, cəmi bir neçə kiloqram toplamaq belə çətin başa gəlir.
Bu limitli məhsuldan ilk fincanı özünə bron edən şəxs məhz Şeyx Məhəmməd bin Rəşid Əl Məktum olub. Ola bilsin, o sadəcə sakinlərinin qəhvəyə həqiqətən bu qədər böyük məbləğ xərcləməyə dəyib-dəymədiyini yoxlamaq istəyib.
dünyanın ən bahalı qəhvəsi