IMG-LOGO

İnsanların yalnız 2 faizinin yaşıl gözləri var - SƏBƏBİ

15 May 2026 17:59 3 baxış
IMG
3 0

Yer üzündə insanların yalnız təxminən 2 faizinin gözləri yaşıldır. Müqayisə üçün, qəhvəyi gözlər dünya əhalisinin təxminən 80 faizində, mavi gözlər isə 8–10 faizində müşahidə olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qədim DNT üzərində aparılan araşdırmalar bir neçə min il əvvəl avropalıların əksəriyyətinin tünd saçlı, tünd dərili və tünd gözlü olduğunu göstərir.

Açıq piqmentasiya daha sonralar yayılmağa başlayıb və bunun səbəbləri hələ də müzakirə olunur.

Əsas nəzəriyyələrdən biri Şimali Avropanın iqlimi ilə bağlıdır.

Araşdırmaçılar bildirir ki, açıq rəngli göz bəbəyi daha çox işıq keçirir. Bu isə insanların uzun və qaranlıq qışları daha rahat keçirməsinə kömək etmiş ola bilər.

Açıq rəngli gözlər nadir olduğu üçün insanlar arasında seçilir və daha cəlbedici görünə bilərdi. Zaman keçdikcə bu xüsusiyyət genetik olaraq möhkəmlənib.

Göz rənginin formalaşmasında əsas rolu OCA2 geni və HERC2 geni oynayır.

Məhz bu genlər gözün irisindəki melanin miqdarını tənzimləyir.

Yaşıl göz rəngi isə xüsusilə nadir hesab olunur. Çünki onun yaranması üçün bir neçə amilin çox dəqiq uyğunluğu lazımdır:

• orta səviyyədə melanin; 

• sarımtıl lipoxrom piqmentinin mövcudluğu; 

• işığın göz toxumalarında xüsusi şəkildə səpələnməsi. 

 

maraq gözün rəngi göz rənginin formalaşması

Xəbər lenti