Psixoloqlar izah ediblər ki, qeydləri əl ilə yazmaq smartfonda qeyd aparmaqdan daha faydalıdır. Bu gün bir çox insan hesab edir ki, smartfonda qeydlər etmək inkişafın göstəricisidir və buna görə də adi bloknotdan istifadə etmək köhnəlmiş vərdiş kimi görünür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər kağız və qələmin yaşlılıq əlaməti olmadığını, əksinə, bunun , insanın düşünülmüş qərarlar verməyi bacardığını və beynindən daha səmərəli istifadə etdiyinin göstəricisi olduğunu bildiriblər.
Alimlər yüksək sıxlıqlı EEG vasitəsilə müəyyən ediblər ki, əl ilə yazmaq beynin aşağıdakı funksiyalara cavabdeh olan hissələri arasında mürəkkəb əlaqələri aktivləşdirir:
• incə motorika;
• vizual qavrayış;
• sensor emal;
• uzunmüddətli yaddaş.
Klaviaturada yazarkən beyin demək olar ki, minimum işləyir. Əl ilə yazmaq isə insanı düşünməyə məcbur edir. Çünki biz yazını çap etməkdən daha yavaş yazırıq və bu zaman məlumatı emal etməli oluruq: əsas məqamları seçir, cümlələri dəyişir və fikirləri formalaşdırırıq. Klaviaturada yazarkən isə çox vaxt mətni düşünmədən avtomatik şəkildə köçürürük.
Kağızdan istifadə vərdişi həyatın digər sahələrində də müəyyən davranış modelini formalaşdırır:
• Marketinq təzyiqinə davamlılıq - yeni model çıxdı deyə telefonunu və ya geyimini dərhal dəyişməmək bacarığı.
• Münasibətlərdə sabitlik - daim “daha yaxşı insan” axtarmaq əvəzinə mövcud münasibətləri dərinləşdirməyə üstünlük vermək.
• Beynin passivləşməsindən qorunmaq - yaddaşı telefona, istiqaməti isə GPS-ə həvalə etdikcə beynin müəyyən sinir əlaqələri zəifləyir.
Kağız isə beyni işləməyə məcbur edir və “düşüncənin texnologiyaya ötürülməsinin” qarşısını alır.
smartfonda qeydlər aparmaq yoxsa kağızda yazmaqMənbə: lent.az