Mütəxəssislər bu tullantının istifadəsi yollarını ətraflı izah ediblər. Məlum olub ki, yalnız portağalın içi deyil, qabığı da faydalı məqsədlər üçün istifadə oluna bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu tullantılar torpağın zənginləşdirilməsi və zərərvericilərin uzaqlaşdırılması üçün ideal hesab olunur.
Bağçılıq mütəxəssisləri portağal qabığının bağda istifadə yollarını bölüşüblər.
1. Kompost üçün istifadə
Bəzi meyvə və tərəvəz tullantıları kimi, portağal qabığı da kompost kimi torpağa əlavə edilə bilər.
Onlar:
• azot,
• fosfor,
• kalium
mənbəyidir və bitkilərin kök sisteminin inkişafına kömək edir.
2. Qarışqalara qarşı vasitə
Portağal qabığı qarışqalara qarşı təbii repelent hesab olunur.
Qarışqalar bu qoxunu sevmir. Portağalın tərkibində olan d-limonen isə təbii həşəratqovucudur.
3. Bioloji parçalana bilən ting qabı
Portağal qabığının yarıları ting yetişdirmək üçün istifadə edilə bilər.
Mütəxəssislərin sözlərinə görə, bu material:
• azot,
• kalium
ilə zəngindir və cavan bitkilərin qidalanmasına kömək edir.
4. Mənənələrə qarşı vasitə
Portağal qabığından bitkiləri mənənələrdən qorumaq üçün çiləmə məhlulu hazırlamaq mümkündür.
Təzə portağal qabığını isti su və az miqdarda qab yuyan maye ilə birlikdə püskürdücü qaba əlavə edin.
Hazırlanan məhlulu:
• yarpaqların alt hissəsinə,
• gövdələrə
müntəzəm püskürtmək lazımdır.
portağal qabığının məhsuldarlığa faydasıMənbə: lent.az