IMG-LOGO

Alimlər narahatdır: Yazda rekord istilər var

28 May 2026 02:10 3 baxış
IMG
0 0

Avropada may ayı üçün qeyri-adi isti hava dalğası müşahidə olunur.

Lent.az xəbər verir ki, Böyük Britaniya, Fransa və İspaniyada temperatur rekord həddə yüksəlib — bəzi bölgələrdə hava 35–37°C-yə çatıb.

Mütəxəssislər bildirirlər ki, yaz fəslində belə yüksək temperaturun qeydə alınması iqlim dəyişikliyinin sürətləndiyini göstərir.

Alimlərin fikrincə, isti hava dalğaları artıq daha tez başlayır və daha uzun çəkir.

Bir sıra ölkələrdə isti ilə bağlı xəbərdarlıqlar elan olunub, xüsusilə yaşlılar və xroniki xəstələr üçün riskin artdığı vurğulanır.

isti Avropa

Mənbə: lent.az

Xəbər lenti