IMG-LOGO

Bakının bu qəsəbəsi qazsız qalacaq

20.07.2024 09:31 101 baxış
IMG

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə iyulun 22-i saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu, Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsində və SOCAR Nəqliyyat İdarəsi, Maşınqayırma zavodunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti