IMG-LOGO

Kartofu bir də belə qaynadın: Dadından doymayacaqsınız

24.07.2024 15:00 101 baxış
IMG

Bir çox təcrübəli aşpazlar qaynadılmış kartof hazırlayarkən qaynar suya bir dilim limon atır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu, asidik bir mühit yaratmaq üçün edilir. 

Tavadakı maye qaynayan kimi içinə bir dilim limon atın (bir dilim bir yarım litr su üçün kifayətdir). Turşu qatqı sayəsində kartof öz formasını saxlayacaq, partlamayacaq, çox bişməyəcək, dağılmayacaq, sulu və dadsız olmayacaq.

Bir dilim limon qaynadılmış kartofa maraqlı bir dad verəcək.

Xəbər lenti