IMG-LOGO

2 həftə əvvəl ölən 96 yaşlı ana və 73 yaşlı oğulun meyitləri tapıldı

30.07.2024 17:58 102 baxış
IMG

Rusiyanın paytaxtı Moskvada yaşlı ana və oğlunun meyitləri tapılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Akademik Semenov küçəsində baş verib.

İlkin versiyaya görə, əvvəlcə 73 yaşlı kişi ölüb, yataq xəstəsi 96 yaşlı anası isə təcili yardım çağıra bilməyib və dərin emosional sarsıntı nəticəsində ölüb.

Məlum olub ki, ailə maddi problemlər səbəbindən evə təxminən 4 il əvvəl Sokolniki rayonundan köçüb. Məlumata görə, onlar təxminən 2 həftə əvvəl ölüblər.

Hazırda araşdırma aparılır.

Xəbər lenti