IMG-LOGO

Hidayət Heydərovun gündəm olan fotosundakı qadın kimdir?

30.07.2024 17:47 101 baxış
IMG

Dünən Azərbaycan cüdoçusu Hidayət Heydərov Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Lent.az-ın xəbərinə görə, onun qələbə çaldıqdan sonra qucaqlayıb öpdüyü xanımın kimliyi izləyicilərdə maraq yaradıb.

Məlum olub ki, həmin xanım Hidayət Heydərovun həyat yoldaşı Leyla Şahindir. O, ərinin mübarizəsini Parisdə, canlı izləyib.

Qeyd edək ki, Leyla Şahin blogerlik fəaliyyəti ilə məşğuldur. O, həyat yoldaşı ilə fotolarını öz sosial şəbəkə hesabına yerləşdirib.

Xəbər lenti