IMG-LOGO

Yelləncəyin ipi uşağın boğazına dolaşıb öldürdü

01.08.2024 15:52 100 baxış
IMG

Türkiyədə azyaşlı faciəvi şəkildə ölüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi qəsəbəsində baş verib. Suriya əsilli 11 yaşlı R.E.C parkda yelləncəkdə yellənərkən ip onun boğazına dolanıb.

Bunu görən ətrafdakılar dərhal ipi uşağın boğazından açaraq, təcili tibbi yardım çağırıblar.

Azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti