IMG-LOGO

Sabiq deputatla bələdiyyə sədri arasında QALMAQAL

23.06.2025 22:55 2 baxış
IMG

Bakının Nərimanov bələdiyyəsinin sədri Təhmiraz Tağıyevlə sabiq deputat Etibar Əliyev arasında qalmaqal yaşanır. 

Lent.az xəbər verir ki, Etibar Əliyev öz facebook hesabında Təhmiraz Tağıyevin onu təhdid etdiyini yazıb:  

"Dostlar! Bu savadsız və heç nəyə yaramayan manipulyator məxluqu siz də tanıyın: Təhmiraz Tağıyev, Nərimanov YAP-nın sədri... Bəzi akademikləri tənqid etdiyimə görə məni hədələyir, şəxsimi təhdid edərək, zona-region  mənsubiyyətinə görə bu tənqidi doğru saymır… Bərəkallah! Görün akademiklər kimin ümidinə qalıb?!"

Etibar Əliyev onu sərt tənqid edib:  

"Mənim günümə baxın.. vaxtilə təkər yamamaqla məşğul olan bir məxluqun indi özünü siyasətə və YAP-a yamamağı ayıbdır. O uydurur ki, guya vaxtilə yaş senzi ilə bağlı Heydər Əliyevi müdafiə edib - amma indi yüz hoqqadan çıxır. Əslində həmin aksiyada o iştirak etməyib. Partiyanın adından istifadə edərək milyonlar qazanıb. Saxta regionçuluq ifşa olunmalıdır. Nərimanov Bələdiyyəsinin sədri kimi bu institutu ən çox gözdən salan belə məxluqlardır. Ayıb olsun!!!"

Xəbər lenti