IMG-LOGO

Hacıqabulda maşın piyadanı vurub xəstəxanalıq etdi

27.06.2025 01:48 3 baxış
IMG

Hacıqabul rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən Bakı şəhəri, Əmircan qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elmir Yusif oğlu Ağamalıyevi vurub.

Piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti